Kiçik Kapitallaşma

müəyyən bazarda kapitallaşma səviyyəsi nisbətən kiçik olan şirkət və ya belə şirkətin səhmləri.
“Kiçik İpoteka”
Kiçik Kassa
OBASTAN VİKİ
Kiçik (Xoy)
Kiçik (fars. كوچك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 215 nəfər yaşayır (40 ailə).
Kiçik Alagöl
Kiçik Alagöl — Qarabağ vulkanik yaylasında, Kəlbəcər rayonunda yerləşən şirin sulu göl. Dəniz səviyyəsindən 2739 m yüksəklikdə yerləşir, səhtinin sahəsi 1,2 km², ən dərin yeri metrdir. Gölün ətrafı qiymətli alp çəmənlikləridir. == Tarixi == Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edildiyindən, göl ərazisi də işğal altına düşür. 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.. Müvafiq olaraq gölün yerləşdiyi ərazi də Azərbaycanın nəzarətinə keçir. == Haqqında == Kiçik Alagöl Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 km², uzunluğu 2000 m, maksimal eni 825 m, orta eni 450 m, sahil xəttinin uzunluğu 5260 m-dir. Gölün çox hissəsi susevən bitkilərlə örtülmüşdür. Maksimal dərinliyi 4 m-dir.
Kiçik Alatəmir
Kiçik Alatəmir — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kiçik Alatəmir oyk., mür. Qax r-nunun Qax İngiloy i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim Böyük Alatəmir kənd adının qarşılığıdır. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 10 təsərrüfatda hər iki cinsdən toplam 34 nəfər əhali yaşayır.
Kiçik Andaman
Kiçik Andaman adası (ing. Little Andaman island, hind. लिटल अंदमान) — Andaman adaları qrupuna daxil sahəsinə görə 4-cü böyük ada. Sahəsi 734,39 km² təşkil edir. Arxipelaqın cənubunda yerləşir. Rutland və Böyük Andaman adalarından Dunkan boğazı ilə ayrılır. == Coğrafiya == . Adanın düzən hissələri tropik meşələrlə örtülüdür. Burada nadir dəniz tısbağalarını müşahidə etmək olar. Kiçik Andaman bəzən Böyük Andaman əks olaraq təqdim olunur.
Kiçik Aqrippina
Kiçik Aqrippina (lat. Agrippina minor; 6 noyabr 15, Köln – 17 mart 59, Mizeno[d], Kampaniya) — Neron Yuli Sezar Germanikin Böyük Aqrippinadan olan qızı, Yulilər-Klavdilər sülalə məsubu, Nero Klavdi Saezar Avqust Germanikin anası, Qay Yuli Sezar Kaliqulanın bacısı, Tiberi Klavdi Neron Germanikin sonuncu arvadı.
Kiçik Aral
Kiçil Aral, Şimali Aral (qaz. Солтүстік Арал теңізі) — Qazaxıstanın Qızıl Orda vilayətində yerləşən duzlu göl. Qurumuş Aral dənizinin şimal hissəsini təşkil edir. Gölə Sırdərya çayı tökülür. Göl 1987-ci ildə Aralın quruması ilə meydana gəlmişdir. == Coğrafiyası == Kiçik Aralın tərkibinə daxil olan körfəzlər: Şevçenko körfəzi, Butakov körfəzi, Böyük Sarışıqanak (keçmiş sahilində Aralsk şəhəri yerləşirdi), Paskeviç buxtası, Jalanaş buxtası (2010-cu ildə tamamən qurumuşdur. Sahilində Jalanaş şəhəri yerləşirdi. Üstəlik gölün tərkibinə Berqa boğazı daxildir. Onun qarşısına Kokaaral bəndi atılmışdır. 2009-cu ildə gölün dərinliyi 42 metr təşkil etmişdir.
Kiçik Arıxvəli
Kiçik Arıxvəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ərtik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən kiçik sözündən və arıxlı tayfasının adını əks etdirən arıx sözü ilə Vəli şəxs adının birləşməsindən əmələ gəlib «arıxlı tayfasından olan Vəliyə məxsus kənd» mənasını verir. Zaman keçdikcə «Arıxvəli»nin özü etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Pokr Mantaş qoyulmuşdur.
Kiçik Asiya
Kiçik Asiya və ya Anadolu — Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır. Türkiyənin Asiya hissəsi burada yerləşir. Kiçik Asiya termini fransızların Minor Asia sözündən götürülüb. Türkiyədə və Yaxın Şərqdə Anadolu adlanır. == Tarixi == Romalılar Kiçik Asiyanı fəth etdikdən sonra burada Asiya əyalətini qurmuşlar. Eramızdan əvvəl 133-cü ildə kral III Attalın vəsiyyəti ilə Perqamın Romaya birləşdirilməsindən sonra keçmiş Perqam çarlığının ərazisində formalaşmışdır. Eramızdan əvvəl I əsrdə – eramızın I əsrində ərazisi genişləndirilmişdir. Əyalət əmri eramızdan əvvəl 126-cı ildə qəbul edildi. Eramızdan əvvəl 27-ci ildən senator əyaləti, Diokletian dövründən (297-ci ildən) 7 ayrı əyalətə bölünmüşdür.
Kiçik At
Kiçik At (lat. Equuleus) — göyün şimal yarımkürəsində balaca bürc.
Kiçik Ayaks
Kiçik Ayaks (q.yun. Αἴᾱς, daha dəqiq Eant Oilid) — qədim yunan qəhrəmanı, lokrlar padşahı Oiley və nimfa Renanın oğlu. Boy və güc baxımından Troya müharibəsinin digər iştirakçısı Ayaks Telamoniddən (Böyük Ayaks) aşağı olduğu üçün Kiçik Ayaks ləqəbini aldı. İliadanın əhəmiyyətli qəhrəmanlarından biridir və adı Odisseydə çəkilir. == Rəşadətləri == "İliada" əsərində hər iki Ayaks (Telamonid və Oilid) tez-tez yan-yana döyüşürlər. Çox ehtimal ki, əvvəlcə hər iki Ayaks bir bütöv mifoloji obrazı yaradırdılar, hansı ki sonradan müəyyən bir dəyişikliyə məruz qaldı (başqa bir fərziyyəyə görə, Eant Oilid əvvəlcə Axillesin bənzəri idi). O, Yelenanın adaxlısı idi. Troya müharibəsi zamanı Lokridadan (Mərkəzi Yunanıstan) gələn yığma qoşunun başçısı idi. Troyaya qarşı 40 gəmi gətirmişdir (və ya 20). Homerə görə, yunan ordusunda Ayaks Oilid ən cəsur qəhrəmanlardan biri və bacarıqlı nizə atan sayılırdı və sürətinə görə yalnız itiayaq Axillesdən geri qalırdı.
Kiçik Ayrım
Kiçik ayrım - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Borçalı (Debet) çayının sol sahilində yerləşir. Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən kiçik sözündən və ayrım türk tayfa adından əmələ gəlmişdir. Ə.Babazadə «Ayrım dialekti» əsərində göstərir ki, ayrımlar oğuz tayfalarından biri olan eymurların xələfləridir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 154 nəfər, 1939 - cu ildə 207 nəfər, 1959 - cu ildə 233 nəfər, 1970-ci ildə 420 nəfər, 1979 - cu ildə 388 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən qovulmuşlar. İndi buralarda yalqız ermənilər yaşayır.
Kiçik Ayı
Kiçik Ayı (lat. Ursa Minor) — göyün Şimal yarımkürəsində qütbətrafı bürc. Ən parlaq ulduzu Qütb ulduzudur. Dünyanın şimal qütbü Kiçik Ayıdadır. 18−25 dekabrında meteor yağışının zirvəsinə çatır. Qütb ulduzu Dabi ulduzu ilə kəsişir.
Kiçik Baraxum
Kiçik Baraxum — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Kiçik Beqiçev
Kiçik Beqiçev — İnzibati baxımından Yakutiya ərazisinə daxildir. Xatanqa körfəzidə, Böyük Beqiçev adasından qərbdə yerləşir. Bu iki adanı Pioner boğazı ayırır. Boğazın eni 9 km-dir. Ada rus dənizçisi Nikifor Beqiçevin şərəfinə adlandırılmışdır. O, adanı 1908-ci ildə kəşf etmişdir. Uzunluğu 5.2 km, eni 4 km, sahəsi 15 km² təşkil edirdi. Kiçik Beqiçev adası materikdən 25 km aralıda yerləşir. Burada kiçik göllər vardır.
Kiçik Britaniya
"Kiçik Britaniya" (ing. Little Britain) — BBC telekanalında yayımlanan satirik skeç-komediya janrında Böyük Britaniya teleserialı. Mett Lukas və Devid Uillyams komiklərin birgə rolu üzərində çəkilmişdir. Şounun adı "Böyük Britaniya" sözünün allyuziyasıdır. Serialın skeçləri "Britaniyada yaşayan adamlar" haqqında rəvayət şəklində tərtib edilmişdi. Serialın davamı olan Little Britain USA 2008-ci ildə efirə buraxılmışdı. Serial ABŞ-nin HBO, Kanadanın HBO Canada, Böyük Britaniyanın BBC One və Avstraliyanın Network Ten telekanallarında nümayiş olunmuşdu. == Tarix == === Radio şou === Kiçik Britaniya əvvəlcə BBC Radio 4-də radio şousu kimi nümayiş edilirdi və Edvard Flinn tərəfindən istehsal olunmuşdu. Radio 4 2004-cü ilin fevralında bütün 9 seriyanın təkrar nümayişinə başladı (lakin vaxt intervalına sığışmaq məqsədilə, seriallar bir az redaktə olunmuşdular). === Teleseriallar === Birinci mövsüm, 2003 Birinci teleserial 2003-cü ilin fevral ayında BBC rəqəmsal telekanalında nümayiş olunmuşdu.
Kiçik Camışlı
Kiçik Camışlı (ing. Malyye Dzhamushli) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonunun yaradılması ilə əlaqədar Alagöz (Araqadz) rayonunun inzibati-ərazi bölgüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Abaran çayının sahilində yerləşir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən kiçik sözü ilə zülqədərlərin camışlı tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kiçik Dəhnə
Kiçik Dəhnə — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. == Ümumi == Kiçik Dəhnə Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Acınohur ön dağlığındadır. Oykonim Böyük Dəhnə kənd adının qarşılığıdır. Əhalisi 14 min nəfərdən çoxdur. Kənddə 60 çarpayılıq xəstəxana, 1024 nömrəlik elektron ATS, iki orta məktəb var. Kənddə məhəllələr öz tarixi adları ilə tanınır. Məsələn, Qaraçı, Xudulu, Nağıllı, Babalar, Alma bağı, Sadıqlı, Daşlı köbər, Dəlləkli, Hajaltı, Arx üstü, Aşağı baş, İdarə qabağı, Calqalı, Dəmiyə və s. == Tarixi == Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən 2006-cı ildə kənd ərazisində e.ə. XVI–XIII əsrlərə aid kurqanlar aşkar edilmişdir.
Kiçik Dəmyə
Kiçik Dəmyə — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Tarixi == Kiçik Dəmyə kəndinin əsası 1970-ci ildə qoyulmuşdur. Həmin ərazi əvvəllər xalq tərəfindən Dəmyə adlandırılıb. Sonra Dəmyə kəndinin əsası qoyulub. 1970-ci ildə isə kənd Böyük və Kiçik Dəmyəyə bölünüb. Burada əsasən Xankəndi Avtovağzalının təqaüdə çıxmış işçilərinə həyət evləri verilib. Kənd Xankəndi şəhərinin tabeçiliyində olub. == Coğrafiyası və iqlimi == Kiçik Dəmyə kəndi Böyük Dəmyə kəndi və Xocalı rayonu ilə həmsərhəddir.
Kiçik Edda
Kiçik edda (isl. Snorra Edda) — Snorri Sturlusonun 1220-ci ildə İslandiyada qələmə aldığı əsər. Nəsr eddası, Snorrinin eddası olaraq da bilinir. Nəzm eddası ilə bərabər German-skandinav mifologiyasının öyrənilməsində ən böyük qaynaqdır. == Hissələr == === Giriş === Odin və digər tanrıların Troyadan şimala köçən sadə insanlar olduğu haqda hekayədən bəhs olunur. Onların üstün mədəniyyət və texnologiyaya sahib olmasının tanrılar kimi görünməsinə səbəb olduğu qeyd olunur. Onların ölümündən sonra qəbrinə ziyarət edənlərin tanrılaşdırdıqlarından bəhs olunur. === Gylfaginning === Gylfaginning (azərb. Gilvenin fırıldağı‎) dünyanın yaradılışı və məhv olunması haqda hissədir. Təqribən 20000 sözdən ibarətdir.
Kiçik Ermənistan
Kiçik Ermənistan (erm. Փոքր Հայք, yun. Αρμενία Μικρα, lat. Armenia Minor) — Kiçik Asiyada, Fərat, Kelkit və Qızılirmaq çaylarının yuxarı hissəsində tarixi vilayət. == Tarixi == Vilayət Əhəmənilər dövlətinin bir hissəsi idi. Bundan sonra Makedoniyalı İsgəndər tərəfindən fəth edilmiş, lakin e.ə. 322-ci ildə İsgəndərin ölümündən sonra paytaxtı Kəmax olan müstəqil bir çarlığa çevrilmişdir. Eramızdan əvvəl II əsrdə vilayət Pont çarı VI Mitridatın hökmranlığına girmişdir. Mitridat Kiçik Ermənistanda yetmiş beş istehkam qalası tikdirmişdir. Onun ölümündən sonra Kiçik Ermənistan ərazisi müxtəlif Roma hökmdarlarına tərəfindən idarə edilmiş, inzibati sərhədləri dəyişmişdir.
Kiçik Gilanlar
Kiçik Gilanlar — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd olmuşdur. == Tarixi == Rayon mərkəzindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşmişdir. 1930 - cu illərdə Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Kiçik Gilan, Qafqazın 5 verstlik xəritəsində Kiçik Gilyanar formasında qeyd edilmişdir. 1950-ci illərdə Kiçik Gilanlar kəndi ləğv edilmişdir. İndi xaraba kənddir. == Əhalisi == Kənddə 1873 - cü ildə 96 nəfər, 1886-cı ildə 167 nəfər, 1897-ci ildə 178 nəfər, 1904 - cü ildə 183 nəfər, 1914 - cü ildə 201 nəfər, 1916-cı ildə 194 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. Kənddə 1922-ci ildə 21 nəfər erməni ilə yanaşı 11 nəfər azərbaycanlı yaşamışdır.
Kiçik Həkəri
Kiçik Həkəri - Həkəri çayının sol qoludur. Xocavənd və Qubadlı rayonları ərazisindən axır. Böyük çayın qolu olduğu üçün belə adlandırılmışdır. Qubadlı rayonu Bala Soltanlı kəndinin şimalında Həkəri çayına tökülür. Yuxarı axarda Çaxmaqçay olaraq adlanır.
Kiçik Həsən
Şeyx Həsən Sulduz və ya Kiçik Həsən (1319, Təbriz – 1343, Təbriz) — Əmir Dəmirdaş Sulduzun oğlu, Çobanlılar sülaləsindən sərkərdə. O, Elxanilər sülaləsinin hakimiyyətinin zəifləməsi nəticəsində demək olar ki, müstəqil Çobani dövlətini yaratması ilə fərqlənməkdədir. O, adaşı Böyük Həsən kimi hökmdarları oyuncaq hökmdar olaraq taxta çıxarmış və onların yerinə hakimiyyəti öz əlində saxlamağı bacarmışdır. == Həyatının erkən dönəmi == Kiçik Həsən 1319-cu ildə Əmir Dəmirtaş Sultuzun Anadoludakı canişinliyi dövründə Dövlət xanım ilə olan evliliyindən dünyaya gəlmişdir. Onun atası 1328-ci ildə Məmlüklər tərəfindən edam edilmiş, bu da Kiçik Həsəni atasının düşmənlərindən bir müddətlik gizlənməsinə yol açmışdır. Beləki Çobani ailəsinin rəhbəri Əmir Çobanın edam edilməsindən sonra Əmir Dəmirtaş Misirə Məmlüklərə sığındı. Özünün oradakı davranışı, eləcə də Əbu Səidin Məmlüklü hökmdarına davamlı təzyiqi nəticədə Dəmirtaşın edam edilməsi ilə nəticələndi. Həsənin hakimiyyət uğrunda yüksəlməyə başlaması son güclü Elxani hökmdarı Əbu Səidin ölümündən 3 il sonra başladı. Bu zaman Cəlairilər İranın qərbində güclənməyə başlamış və 1336-cı ildə Məhəmməd xan adlı kukla Elxani hökmdarını taxta oturtmuşdular. Həsən dağınıq vəziyyətə düşmüş Çobani ailəsini birləşdirməyə çalışırdı.
Kiçik Jüz
Kiçik jüz (qaz. Кіші жүз) — qazax tayfalar qrupu, iki tayfadan ibarətdir: Alçinlar və jetiru. XX əsr ərəfəsində sayları təxminən 1 100 000 nəfər olduğu güman edilir. Muxametjan Tınışpayev 1925-ci ildə Daşkənddə dərc etdirdiyi "Qazax xalqının tarixinə dair materiallar" kitabında iddia edir ki, alşanlar (Kiçik Orda) qazaxların beşdə üçünü təşkil edir. == Ədəbiyyat == Роды Малого жуза на «Генеалогии казахов» Arxivləşdirilib 2009-06-25 at the Wayback Machine Информационный ресурс объединения родов Малого Жуза Алимулы Arxivləşdirilib 2017-07-05 at the Wayback Machine == DNK üzrə elmi məlumatlar == ДНК проект С3-M217 ДНК проект потомков Золотой Орды == Müzakirələr == Форум. C3c — алшинский кластер [https://web.archive.org/web/20150621172931/http://www.elim.kz/forum/index.php?s=9da6bca41b0d5dff08d7929459f37344&showforum=14 Arxivləşdirilib 2015-06-21 at the Wayback Machine Форум.
Kiçik Kirs
Kiçik Kirs — Azərbaycan Respublikasında dağ. Qarabağ silsiləsində ən hündür zirvələrdən biridir. Şuşa rayonunun cənub-şərqində yerləşir. Zirvənin hündürlüyü bəzi mənbələrə görə 1800 metr, bəzi mənbələrə görə isə 2346 metrdir. "Virtual Qarabağ" saytında göstərilən xəritədə Kiçik Kirs dağın hündürlüyü 2346 m kimi göstərilir. == Toponimikası == Ərazidəki Böyük Kirs dağından (2725 m) alçaq olduğu üçün belə adlandırılmışdır.

Digər lüğətlərdə